BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilib
# 25 iyun 2019 18:11 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106011759 ISIN-li, 15 mln. manat həcmində, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 97,7122 AZN (9,9000%) 103,1555 AZN (7,8000%) olan 11 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,7462 (9,4900%), orta ölçülmüş qiyməti isə 100,2211 (8,9143%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26 034 300 AZN, yerləşdirilmiş həcmi isə 15 mln. AZN təşkil edib.

İstiqrazların ödəmə tarixi 21.06.2022-ci il.

Hərrac iştirakçıları 27 iyun 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR