"Brent" neftinin qiyməti biraylıq maksimuma çatıb

"Brent" neftinin qiyməti biraylıq maksimuma çatıb
# 28 dekabr 2021 15:10 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 1,13% artaraq 1 barelə görə 79,1 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, sonuncu dəfə "Brent" neftinin qiyməti 79 dollar həddini cari ilin noyabrın 26-da keçib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,3% artaraq 76,55 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR