Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 12 sentyabr 2019 09:05 (UTC +04:00)

Sentyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,85% – 27 137,04 bəndədək, S&P 500 0,72% – 3 000,93 bəndədək, Nasdaq isə 1,06% – 8 169,68 bəndədək yüksəlib.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında sentyabrın 11-də FTSE 100 indeksi 0,96% – 7 338,03 bəndədək, Almaniya DAX-ı 0,74% – 12 359,07 bəndədək, Fransa CAC-40 isə 0,44% – 5 618,06 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,05% azalaraq 1 497,4 dollara bərabər olub.

Sentyabrın 11-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,26% azalaraq 1,101 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR