Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 16 mart 2023 09:05 (UTC +04:00)

Martın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0.87% – 31,874.57 bəndədək, S&P 500 indeksi 0.70% – 3,891.93 bəndədək azalıb, Nasdaq indeksi isə 0.05% – 11,434.05 bəndədək artıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında martın 15-də Almaniyanın DAX indeksi 3.27% – 14,735.26 bəndədək, FTSE 100 indeksi 3.83% – 7,344.45 bəndədək, Fransanın CAC-40 indeksi isə 3.58% - 6,885.71 bəndədək azalıb.

Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.25% dəyər qazanaraq 1.0603 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR