Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 28 mart 2023 09:08 (UTC +04:00)

Martın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0.60% – 32,432.08 bəndədək, S&P 500 indeksi 0.16% – 3,977.53 bəndədək artıb, Nasdaq indeksi isə 0.47% – 11,768.84 bəndədək azalıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında martın 27-də Almaniyanın DAX indeksi 1.14% – 15,127.68 bəndədək, FTSE 100 indeksi 0.90% – 7,471.77 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.90% - 7,078.27 bəndədək artıb.

Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.15% dəyər qazanaraq 1.0814 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR