Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,49% artaraq 1 728,6 ABŞ dollarına bərabər olub.
Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,76% artaraq 18,77 dollar təşkil edib.