Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (fevral müqavilələri üzrə) 0,1% azalaraq, 1 857,2 ABŞ dollarına bərabər olub.
Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) 0,25% azalaraq, 23,91 dollar təşkil edib.