Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (fevral müqavilələri üzrə) 0,06% artaraq, 1 841,7 ABŞ dollarına bərabər olub.
Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) 0,24% artaraq, 23,48 dollar təşkil edib.