Əmtəə bazarlarında qızılın qiyməti 1 700 dolları ötüb

Əmtəə bazarlarında qızılın qiyməti 1 700 dolları ötüb
# 04 oktyabr 2022 09:51 (UTC +04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,32% artaraq, 1 707,4 ABŞ dollarına bərabər olub.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 1,29% artaraq, 20,86 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR