“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
# 26 dekabr 2022 11:06 (UTC +04:00)

ABŞ-da iqtisadi artım dollara dəstək oldu

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ötən həftə ABŞ-da iqtisadiyyatın proqnozlaşdırılandan daha çox böyüməsi dolların dünya birjalarındakı qiymətlərinə dəstək oldu. Nəticədə EUR-USD cütlüyündə artım tendensiyası səngimiş, dollar digər major valyutalar qarşısında bir qədər bahalaşmışdır.

Bu həftə isə Milad həftəsi olması səbəbindən birjalarda durğunluğun yaşanacağı ehtimal olunur.

Hazırda 104 bənd hədlərində qərarlaşan dollar indeksində (DXY) “Buğa”lar DXY-ı 106 bənd həddinin üzərinə qaytara bilsələr, artım tendensiyası 108 və 110 bənd hədlərinə kimi yüksələ bilər.

Bu həftə çərşənbə günü və cümə axşamı Amerikada dərc olunacaq mənzil bazarı və əmək bazarına dair statistik göstəricilər investorların diqqət mərkəzində olacaq.

EUR

Ötən həftə üfüqi tendensiya sərgiləyən EUR-USD cütlüyündə “Ayı”lar qiymətləri 1.06$ həddinin altına sala, orada qalıcılığını təmin edə bilsələr və DXY 106 bənd hədləri üzərinə yüksələrsə, avro dollar qarşısında 1.04$-ə qədər ucuzlaşa bilər.

GBP

Ötən həftə İngiltərədə kəsrlə açıqlanan ÜDM göstəriciləri funt-sterlinqin üzərində təzyiqləri artırmış, nəticədə GBPUSD məzənnəsi 1.20$-a kimi ucuzlaşmışdır. Birjalarda bu həftə durğunluq gözlənilsə də, analitiklər funtun ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırırlar.

GOLD

ABŞ-da iqtisadiyyatın proqnozlaşdırılandan daha çox böyüməsi dolların bahalaşmasına dəstək oldu. Nəticədə qızıl 1780$ hədlərinə kimi ucuzlaşdı. Lakin ötən həftənin son ticarət günündə buradan dəstək sarı metal bir qədər bahalaşaraq həftəni 1797$-da tamamladı. Dollar indeksində artım tendensiyası davam edərsə və “Ayı”lar qiymətləri 1790$ həddindəki dəstək səviyyəsinin altına qaytara bilsələr, qiymətli metalın bir unsiya üzrə dəyəri 1739$ və 1720$-a kimi ucuzlaşa bilər. bir-birini tamamlaması ölkələrimizin davamlı iqtisadi artımına töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR