Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 15 yanvar 2022 09:57 (UTC +04:00)

Yanavrın 14-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 1,88% artaraq 1 barelə görə 86,06 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, yanvarın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,07% artaraq 83,82 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR