“Unibank”ın səhmləri üzrə hərracın tarixi açıqlanıb

“Unibank”ın səhmləri üzrə hərracın tarixi açıqlanıb
# 28 dekabr 2022 12:43 (UTC +04:00)

29-30 dekabr 2022-ci il tarixlərində Bakı Fond Birjasında (BFB) "Unibank”ın ümumi dəyəri 6,8 milyon manat səhmlərinin yerləşdirilməsi abunə yazılışı üsulu ilə həyata keçiriləcək.

Bu barədə “APA-Economics”ə BFB-dən bildirilib. Məlumata görə, nominal dəyəri 2,72 manat olan 2,5 milyon adi adlı sənədsiz səhmin yerləşdirilməsi üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR