“Dünyanı səhnədə oynayanlar deyil, pərdə arxasında oturanlar idarə edir”

“Dünyanı səhnədə oynayanlar deyil, pərdə arxasında oturanlar idarə edir”

Etiraf etmək lazımdır ki, artıq bir neçə əsrdir, dünyanın iqtisadi və siyasi mənzərəsində  müəyyən qruplar, ailələr xüsusi yer tuturlar. Bu strukturlar çox vaxt öz tələblərini parlamentlərə, hökumətlərə, böyük siyasətçilərə və bütünlükdə, ölkələrə təqdim edir. Onların istəklərinin nəzərə alınmaması isə inqilablarla başa çatır.

Bu dünyanın ən böyük resurslarından biri, kapitalla bərabər məlumata sahib olmaqdır. Məlumatlara sahib olmaq hakimiyyətlərə və dünyaya sahib olmaq deməkdir.

Planetə sahib olan bu ailələr əsrlərdir ki, dünyada baş verən müharibələrin qığılcımı və sponsoru rolunu oynamaqdadırlar. Çünki hər müharibə onlar üçün maliyyə resurslarının genişlənməsi, siyasi və iqtisadi imkanlarının həmin ölkələrə ekspansiyasıdır. Hətta hamımızın yaxşı tanıdığı Napoleon müharibələri də onların adı ilə bağlıdır. Məsələn,  Rotşild və Rokfellerlər rus çarlarının, Qabsburqlar evinin, Vatikanın və İspaniya kralının sponsorluğu ilə məşğul idilər.

Kapitalizmin formalaşması və inkişaf etməsi dövründən başlayaraq Rotşildlər Avropa cəmiyyətinin ən qaymaq təbəqələri və baronları üçün ən iri kreditorlara çevrilmişdi. Onlar kreditləri o dövrə görə kifayət qədər bahalı və əlverişli yerdə yerləşən torpaq mülkiyyəti qarşılığında verirdilər. Lakin Rotşildlər kreditlərə görə ödənişlərin çox asta-asta, hətta onilliklər sonra da qaytarılmasına razılaşırdılar. Eyni zamanda, o dövrdən başlayaraq, onlar, birja spekulyasiyaları ilə məşğul idilər. XIX əsrin əvvəllərində Qərbi Avropada baş verən müharibələr və dövlətlərarası toqquşmalar nəticəsində kifayət qədər maliyyə qaynaqları əldə etdilər. Bu dövrdə, Napoleon işğalları Avropada davam etməkdə idi. Belə olan təqdirdə ona qarşı mübarizə aparan müttəfiqlər ciddi maliyyə qaynaqlarına ehtiyac duyurdular. Məhz bu maliyyə “yardımını” onlara Rotşildlər verirdi. Ümumiyyətlə, Napoleonun işğalları zamanı ilk dəfə dünyada üçüncü tərəflər  müharibələrdən iqtisadi və siyasi dividentlər əldə etmək təcrübəsini reallaşdırmış oldular. Deməli, onlar hər iki tərəflə, həm Napoleon, həm də onun düşmənlərinə maliyyə köməyi edərək və onları bir-birinə qarşı qızışdıraraq müharibəyə təhrik edirdilər.

Məsələn, Napoleon son döyüşlərin birində Vaterlo yaxınlığında müttəfiq qoşunlarına məğlub olanda bundan ilk xəbər tutanlardan biri də Natan və Ceyms Rotşild qardaşları olmuşdur. Napoleonun sarsıdıcı məğlubiyyət xəbərini aldıqdan sonra hər iki qardaş birbaşa birjaya üz tutmuşdur - Natan London birjasına, Ceyms isə Fransanın düz mərkəzində yerləşən Paris birjasına. Bütün investorlar həmin gün Vaterlodan xəbər gözləyir. Çünki onlar öz gələcək fəaliyyətlərini məhz bu xəbərə görə müəyyən edəcəkdi.

Rotşildlər də bundan istifadə edir. Hamı bilirdi ki, Natan döyüş vaxtı çox da uzaqda dayanmayaraq, müharibənin müqəddəratının necə həll olunmasını gözləyirmiş. Döyüş başa çatan kimi Natan birbaşa Londona yollanır. Natanın birjaya “kədər” içində gəlişini görən investorlar, təbii ki, onun bu davranışını İngiltərənin müharibədə, daha doğrusu Vaterloda uduzmasına işarə kimi qəbul edir. Bunun ardınca investorların bir qismi səhmlərini aşağı salaraq satmağa başlayır. Bu qiymətli kağızları alanlar isə Natan Rotşildin ticarət agentləri olur, beləliklə, o günün sonuna qədər 200 milyon funt sterlinq civarında sərvətin sahibinə çevrilir.

XX əsrin əvvəllərində Rus, Alman və bir qədər də Avstriya-Macarıstan imperiyaları zəngin Qərb ailələrinin planlarının həyata keçirilməsi üçün ciddi əngəl idilər. Məsələn, bəzi məlumatlara görə, Rusiyaya masonluq I Pyotr tərəfindən gətirilib. 1822-ci ildə Rusiyada masonluq yenidən qadağan olundu. Buna cavab olaraq, onlar bu dəfə dövlətə əks zərbə ilə cavab vermək qərarına gəldilər. 1825-ci ilin dekabrın 14-də Senat meydanına toplaşmış hərbçilər I Nikolaya qarşı qiyam qaldırdılar. Lakin I Nikolay bu qiyamı yatıra bildi. Bundan sonra masonlar Rusiyada ciddi şəkildə təqib olunmağa başladılar. Bu təqib və qadağa dövrü 1905-ci il manifestinə qədər davam etdi. Romanovlar sülaləsinin sonrakı taleyi isə hər kəsə məlumdur. 1917-ci ilin Fevral inqilabının lideri Kerenski və daha sonra hakimiyyətə ələ almış Leninin də bu qruplarla işbirliyi vardı.

Rokfeller-Rotşildlərin bir çox planları böyük monarxiyaların - Rus, Alman və Avstriya-Macarların mövcudluğu nəticəsində dağıldı. 1914-cü ilə qədər bu monarxiyalar xristian inkişafının və Avropanın və bütün dünyanın sabitliyinin qarantı rolunu oynadılar. Aralarında bir müharibə oyadaraq, bəşəriyyəti Avropada xristian sivilizasiyasının sonunun başlanğıcı olan bir dünya qırğınına uğratdılar. Təsadüfi deyil ki, ingilis geosiyasətçisi Mehen “Rusiya və Almaniyanı bir-birinə düşmən” etməyin zəruri olduğunu bildirirdi. XX əsrdə iki dəfə rus və alman xalqları arasında müharibə təşkil edən qlobal güclər dövrümüzdə də Almaniya və Rusiya arasında münasibətlərin istənilən səviyyədə inkişaf etməsinə maneə olmaqdadırlar.

Beləliklə, ötən əsrdə baş vermiş iki dünya müharibəsinin nəticəsi olaraq dolların dünya valyutasına çevrilməsi, Ümumdünya bankının və digər maliyyə təşkilatlarının yaradılması-bütün bunlar qlobal siyasi və iqtisadi təşkilatlar qloballaşan dünyada planetin zəngin qruplarının qurduqları planın tərkib hissəsi idi.

Artıq bir neçə ildir ki, neft və qaz yanacağı bazarında üstünlük təşkil edən güclər üçüncü enerji müharibəsinə başlamışlar. 2009-cu ildə Suriya lideri Bəşər Əsəd, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəni vahid qaz axını ilə Avropa ilə birləşdirmək üçün Suriya üzərindən reallaşdırılması planlaşdırılan qaz kəməri layihəsini dəstəkləməkdən imtina etdi. OPEK-in neft və qaz kartelinin üzvləri Dəməşq mavi yanacağın başqa bir əsas tədarükçüsü Rusiyanın maraqlarını müdafiə etdiyinə, onlara yox cavabı verdiyinə görə Əsədi cəzalandırdılar. Okeanın o tayı, Avropa, ərəb dünyasından Bəşər Əsədə qarşı şiddətli informasiya və silahlı müharibə başlandı.

Bu onu göstərir ki, birinin nefti və qazı ola bilər, hətta kifayət qədər böyük həcmdə. Ancaq enerji resurslarının dünya bazarına çıxması təkcə neft-qazla zəngin olan dövlətlərin və onların milli dövlət tərəfdaşlarından asılı deyil.

Onların əsas məqsədləri bəşəriyyət üzərində bütün hakimiyyətin "seçilmiş insanların" əlinə keçməsidir. Dünya gizli hökumətinin planlarına dünya maliyyəsinə tam nəzarət, terror aktlarının təşkili, inqilab və müharibələr, kukla rejimlərinin yaradılması, medianın manipulyasiyası, inancın və əxlaqın məhv edilməsi daxildir. Yeni dünya nizamını əsas istiqamətləri kimi, dünya arxa planının təşkili, bəşəriyyət üçün ümumi hökmranlıq və nəzarət sisteminin yaradılmasıdır.

Qərb dünyasının geniş ictimaiyyətinin nəzərində kukla parlamentlər, “azad” media və digər “demokratik” təşkilatlar fəaliyyət göstərir. Ancaq gerçək siyasət onların arxasında aparılır. Onlar, yalnız itaətkar aktyorlar rolunu oynamaqdadırlar.

XX əsrin sonu - əsrimizin əvvəllərində Qərb ölkələrinin sərhədlərini keçərək Asiyaya, Cənubi Amerikaya, Afrikaya qədəm qoyan sivilizasiyası, mənəvi dəyərlərin bütün zəngin mədəni iyerarxiyasını itirmiş və əvəzində maddi zənginlik və rahatlıq axtarmağa üstünlük verən yeni bir sadələşdirilmiş şəxs yaratdı. İbtidai dövrdə olduğu kimi, həyat sırf bioloji əlamətlərlə sadələşdirildi. Səmimi bir xristian-islam duyğusundan və mənəvi seçimindən məhrum olan bir insan modeli yaradıldı.

Məqaləni keçən əsrin sonlarında məşhur yəhudi  siyasətçisi B. Disraelinin mövzumuza aid olan fikirləri ilə bitirək. O deyirdi: “Dünyanı səhnədə oynayanlar deyil, pərdə arxasında oturanlar idarə edir”.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.