ABŞ konqresi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal etdiyini rəsmiləşdirdi

ABŞ konqresi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal etdiyini rəsmiləşdirdi

İyulun 20-də ABŞ-ın Nümayəndələr Palatası respublikaçı Stiv Şabo və demokrat Stiv Koenin təqdimatları əsasında səsvermə nəticəsində National Defence Authorisation Act sənədinə düzəlişlər qəbul edildi. Bu nə deməkdir?

Bu qanun qısaca olaraq, NDAA parlament tərəfindən ABŞ Müdafiə Nazirliyinin xarici istiqamətdəki maliyyə əməliyyatlarını tənzimləyir.

Qeyd etmək lazımdır ki, ABŞ-da 2 belə qanun var – “National Defence Authorisation Act” NDAA və “Appropriations to the Department of Defense” (DOD).

ABŞ tərəfindən Cənubi Qafqaza maliyyə yardımlarına nəzər salsaq, son illərin statistikası onu deməyə dəlalət edir ki, bölgədə Azərbaycana yardımların sayı bu istiqamətdə artmaqda idi. Əgər əvvəllər bu xətt ilə ölkəmizə yardımlar 3 milyona qədər idisə, 2018-ci ildə 58.6 milyon dollar, 2019-cu ildə isə, 42,9 milyon dollar olub.

Eyni zamanda 2018-2019-cu illər ərzində sərhəd qoşunları üçün ABŞ-ın "Caspian Guard" proqramı çərçivəsində ölkəmizə 100 milyon dollarlıq yardım da edilib. Bu yardım çərçivəsində sərhədlərdə təhlükəsizliyin təminatını artırmaq, terrorizm təhdidlərinin qarşısını almaq və onlardan qorunmaq, kütləvi qırğın silahlarının yayılmasına mane olmaq, narkotrafik, insan alveri və digər transmilli təhdidlərlə mübarizəni daha da aktivləşdirmək nəzərdə tutulurdu.

Qayıdaq  2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” (National Defense Authorization Act – NDAA) layihəsinə. NDAA-nın kifayət qədər statuslu qanun olmasını onun ABŞ-ın Çinə və Rusiyaya qarşı sanksiyalarının həm də bu akt vasitəsilə reallaşdırılmasında görmək olar. Məsələn, Çinlilərin “Huawey” şirkətinin ABŞ-da fəaliyyətinin məhdudiyyəti, Rusiyanın Almaniyaya çəkdiyi “Şimal axını 2” layihəsində şirkətlərə qoyulmuş sanksiyalar da NDAA çərçivəsində qəbul edilib. Bu son qərar isə bölgədə işğalçı və işğala məruz qalan dövlətləri təsbit etmiş oldu.

Qeyd edək ki, ABŞ parlamentarizm tarixində bu dəyişikliklər erməni diasporuna və Ermənistana vurulmuş ən böyük zərbədir. Təsadüfi deyil ki, ABŞ-dakı erməni diasporları və lobbist qruplar ciddi şəkildə parlamentə təzyiqlərini artıraraq etirazlarını davam etdirməkdədirlər. Buna həm də ingilisdilli nəşrlərdə qanuna dəyişikliklərlə bağlı ermənilərə yaxın olan internet resursların etirazını aid edə bilərik.

Beləliklə, NDAA-ya dəyişikliklər nəticəsində Ermənistan bir daha növbəti sənəddə  işğalçı dövlət kimi qeyd olunur və  məcburi köçkünlərin öz doğma yurd – yuvalarına qayıdışı tələb olunur. Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan kimi ölkələrdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş həmin ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü təsdiqləyir. Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur.

Bu sənəd Azərbaycanın torpaqlarının işğal olunmasını sübut edən növbəti beynəlxalq sənədlərdən biridir. Beləliklə,  BMT-nin Təhlükəsizlik şurasının qətnaməsindən tutmuş ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların münaqişə ilə bağlı Azərbaycanın lehinə qəbul etdikləri qərar və qətnamələr, verilən bəyanatlar və ən nəhayət, 20 iyul tarixində  ABŞ konqresinin qəbul etdiyi qanun ( NDAA-ya dəyişikliklər) sülh danışıqlarında rəsmi Bakının mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Bakıya işğal altındakı torpaqları müharibə yolu ilə geri qaytarmaq hüququnu  verir. Bu isə, o deməkdir ki, istər danışıqlarda, istərsə də silahların işə salınması zamanı Ermənistan birmənalı olaraq işğalçı tərəf kimi qəbul edilir və ediləcək.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.

Son yazılar
Samir Əfətli
PR və Marketinq kommunikasiyaları üzrə mütəxəssis

Samir Əfətli

Ellada Əliyeva
Media-marketinq mütəxəssisi

Ellada Əliyeva