Sahibkarlar üçün məcburi dövlət sosial sığorta haqqı ödənişləri və güzəştlər

Sahibkarlar üçün məcburi dövlət sosial sığorta haqqı ödənişləri və güzəştlər

Bu yazımızda Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Sosial Sığorta haqqında" Qanuna edilmiş dəyişikliklər üzrə sahibkarlara tətbiq ediləcək məcburi dövlət sosial sığorta haqqı ödənişləri, həmçinin güzəştlər barədə məlumat verməyə çalışacağıq.

Müvafiq dəyişikliklər aşağıdakı kimidir:

1) 01.04.20-01.01.21-ci ilədək tikinti və ticarət sahələrində çalışan sahibkarlar minimum aylıq əmək haqqının (250 AZN) 25%-i = 62.5 manat, digər sahələrdə çalışanlar 15%-i = 37.5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək. Qeyd edək ki, Sumqayıt və Gəncə şəhərlərində bu məbləğin 90%-i (56.25 manat və 33.75 manat), digər şəhərlərdə 80%i (50 manat və 30 manat), qəsəbələrdə 60%-i (37.5 manat və 22.5 manat), kənd yerlərində 50%i (31.25 manat və 18.75 manat) miqdarında sosial sığorta haqqı ödəniləcək. 2021-ci ildən isə 5 il müddətinə bu məbləğ regionlar üzrə faiz nisbəti dəyişmədən qalmaqla, tikinti sektoru üçün minimum aylıq əmək haqqının 50%-i = 125 manat, digər sektorlar üzrə 25%-i = 62.5 manat həcmində tutulacaq.

2) Muzdlu işçi cəlb etmədən fərdi qaydada sahibkarlıqla məşğul olan şəxslər üçün yeni sığorta haqları müəyyən ediləcək

- şənliklərdə aparıcı, çalğıçı, rəqqas, aşıq, məzhəkəçilik edənlər minimum aylıq əmək haqqının 5%-i = 12.5 manat

- fərdi foto, audio-video xidməti üzrə fəaliyyət 5% = 12.5 manat

- çəkməçi, pinəçi, saat, məişət avadanlığı təmirçisi, ev və mənzillərdə işləyən qulluqçu, bağban, aşpaz, gözətçi, dayə, fərdi bərbər, dərzi, fərdi sürücü, iaşə müəssisəsində ofisiant, nəqqaşlıq emalatxanasının fəaliyyəti 3% = 7.5 manat

- kənd təsərrüfatına yararlı torpağa görə 5 hektar üçün 2% = 5 manat, 5-10 hektar üçün 6% = 15 manat, 10+ hektar üçün 10% = 25 manat

Torpağı olanlardan başqa digər ödəyicilər üçün bu əmsal Bakı şəhərində 2-yə, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində isə 1.5-ə vurulacaq. Bu dəyişiklik 2026-cı ilədək qüvvədə olacaq.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.