Yeni texnologiyalar və dəyişən dünya

Yeni texnologiyalar və dəyişən dünya

Türkiyədə yaşayan bir tanışımın Azərbaycandaykən işlətdiyi iPhone telefonu artıq çalışmır, yəni zənglər gedib gəlmir. Heç bir sim kartı qəbul etmir. Səbəb isə Türkiyə qanunvericiliyinə görə ölkəyə daxil olduqdan sonra 120 gün ərzində telefonu qeydiyyata salmalı olmasıdır. Bunun üçün isə az olmayan bir vəsait tələb olunur. Həmin tanışım isə o telefondan yalnız wi-fi olan yerlərdə (hansı ki, bir çox yerdə var artıq) istifadə edə bilir. WhatsApp və digər sosial media vasitələrindən istifadə edərək digər şəxslərlə rahatlıqla əlaqə yarada bilir.

Xatırlayıram ki, bir neçə il öncə bir dostumla müzakirə edərkən o demişdi ki, vaxt gələcək mobil operatorlar yalnız data satmaqla məşğul olacaqlar. Yəni artıq dəqiqə satmağa ehtiyac qalmayacaq. Fikrimcə artıq bu dövrə gəlib çatmışıq (hətta keçirik artıq).

Bu gün demək olar ki, hamı Smartfonlardan istifadə edir. Əgər bütün dünyada internet verilişini təmin etmək olsaydı, onda o deməkdir ki, telefonlarımızda nə sim karta nədə ki, data paketinə ehtiyac qalacaq. Dolayısıyla mobil operatorlara da ehtiyac ya heç olmayacaqdı, yada ki, çox az ehtiyac olacaqdı. Burada Kodak, Nokia şirkətləri yada düşür ki, bir zamanlar hamımız istifadə etsək də, müştəriləri olsaq da, bu gün artıq yoxdurlar.

SpaceX və Tesla kimi cığır açan yenilikçi şirkətlərin və layihələrin yaradıcısı olan Elon Musk yeni bir layihə təqdim edib. Layihə Starlink adlanır. Qısacası, əsas məqsədi ondan ibarətdir ki, yer kürəsini ən müasir peyklər ilə əhatə edib interneti hamı üçün əl çatılan etsin. Bu artıq növbəti 2-3 il ərzində tam mümkün olacaq.

Yeniliklərdən danışmışkən, qeyd etmək lazımdır ki, tez-tez belə fikirlər səsləndirilir ki, yaxın 10-15 ildə bir çoxumuz işsiz qalacayıq, bizim işlədiyimiz sahələrə ehtiyac qalmayacaq. Bəli, artıq o dövrə gəlib çatırıq. Ənənəvi işlərin bir çoxu yaxın gələcəkdə artıq mövcud olmayacaq. Bir çox işlər artıq avtomatlaşdırılıb və bu proses bütün dünyada sürətlə gedir.

Amma pessimist olmağa ehtiyac yoxdur. Burada əsas olan özümüzü daha da inkişaf elətdirmək, güclü bir tranzisiya (change) prosesinə başlamaqdır. Eyni zamanda statistika göstərir ki, avtomatlaşdırma və yeni texnologiyaların tətbiqi prosesinin sürətli getdiyi inkişaf etmiş ölkələrdə işsizlik səviyyəsi artmaq əvəzinə aşağı düşür. Buna səbəb isə yeni texnologiyanın yeni iş yerləri yaratmasıdır. Yəni gələcəkdə innovativliyə, yaradıcılığa və insani keyfiyyətlərə daha da çox önəm veriləcək. Əl əməyi isə getdikcə sıradan çıxır.

OXŞar BLOQLAR
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.