Ceyhun Osmanlı

Ceyhun Osmanlı

  • Politoloq
  • 2 Məqalə

Ceyhun Osmanlı 1982-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildən Bakıdakı 48 saylı orta məktəbdə təhsil alıb, 1993-cü ildən Bakı Özəl Türk liseyində təhsilini davam etdirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "SENSE" Proqramının, 2008-ci ildə Harvard Universitetinin "Liderlər İnkişafda Proqramı"nın iştirakçısıdır. 4-cü çağırış Milli Məclisin deputatı olub. İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Yaşıllar Hərəkatının həmtəsisçisidir.

MƏQALƏLƏRİ
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.