Oktay Səmədov

Oktay Səmədov

  • Pedaqoq
  • 2 Məqalə

Oktay Əlipaşa oğlu Səmədov. 1957-ci ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (APRDƏİ) fərqlənmə diplomu ilə bitirib. 1981-1984-cü illərdə SSRİ Pedaqoji Elmlər Akademiyasının Milli Məktəbdə Rus Dilinin Tədrisi Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsil alıb. 1986-cı ildə rus dilinin tədrisi metodikası sahəsində namizədlik dissertasiyasını müdafiə edib. 1986-cı ildə APRDƏİ-də (indiki Bakı Slavyan Universitetində) əmək fəaliyyətinə başlayıb. 2006-2014-cü illərdə Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2014-cü ildən 2019-cu ilə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru olub. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Analitik təhlil və elektron xidmətlər şöbəsinin müdiri, Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Rus dili və onun tədrisi metodikası kafedrasının dosentidir. Pedaqogika üzrə fəlsəfə doktorudur.

MƏQALƏLƏRİ
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.