Zaur Məmmədov

Zaur Məmmədov

  • Politoloq
  • 11 Məqalə

Zaur Məmmədov. Politoloq. Siyasi elmlər namizədi. 1987-ci ildə Bakı şəhərində anadan olub. 1994-2005-ci illərdə Bakı şəhəri 7 saylı və 272 saylı orta məktəblərində təhsil alıb. 2005-2014- cü illərdə “Dövlət xətti” proqramı ilə Rusiyada təhsil alıb. 2014-cü ildə Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyasında siyasi elmlər namizədi elmi dərəcəsini alıb. 2009–2014-cü illərdə "Rusiya Azərbaycanlıları Gənclər Birliyi"nin vilayət üzrə sədri vəzifəsində çalışıb. 2014-cü ildən Azərbaycana qayıdaraq ictimai-siyasi və elmi-pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. Mütəmadi olaraq yerli və xarici mətbuata müsahibələr verir, müxtəlif televiziya kanallarında siyasi təhlil və proqnozlarla politoloq olaraq çıxışlar edir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimidir. Siyasət nəzəriyyəsi, politologiya, demokratiya və vətəndaş cəmiyyəti, parlamentarizm: tarix və müasirlik, milli təhlükəsizlik və konfliktologiya kimi fənləri tədris edir. Bakı Politoloqlar Klubunun sədridir.

MƏQALƏLƏRİ
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.