Samir Əfətli

Samir Əfətli

  • PR və Marketinq kommunikasiyaları üzrə mütəxəssis
  • 1 Məqalə

Samir Əfətli. 1986-cı il Sumqayıt şəhərində anadan olmuşdur. 2006-2014-cü il tarixlərində Türkiyə Respublikası Balıkesir və Atatürk universitetlərinin məzunudur (bakalavr, magistr). Peşəkar PR və kommunikasiya sahəsi üzrə 8 illik iş təcrübəsinə malikdir. Türkiyənin Ülkər, Rixos, Aspen kimi iri şirkətlərində brend menecer, PR və marketinq kommunikasiyaları üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Hal-hazırda APA Group və Limak.az karqo və kuryer şirkətlərində PR və Marketinq kommunikasiyaları üzrə məsul şəxsdir.

MƏQALƏLƏRİ
Məqalə göndər

APA Bloq nədir?

APA İnformasiya Agentliyi ekspertlərə, ictimai şəxslərə, gənc mütəxəssislərə fikirlərini bölüşmək, rəylərini paylaşmaq üçün platforma təklif edir. Dünyanın tanınmış informasiya agentliklərinin trendi olan “Bloq” artıq APA-da da var. “APA Bloq”da hər bir tanınmış şəxs Azərbaycan qanunvericiliyini və beynəlxalq konvensiyaları inkar etməyən fikrini, rəyini, təhlilini yerləşdirə bilər. “APA Bloq” Azərbaycan, rus və ingilis dillərində məqalələrin, ekspert rəylərinin yayılması üçün yaradılmış platformadır. Platformadan istifadə edəcək şəxslər özləri barədə kiçik avtobioqrafik məlumatı, foto şəkillərini və məqalələrini “APA Bloq”a göndərə bilərlər. Məqalələr platformanın redaktorları tərəfindən rəy verildikdən sonra bloqda əksini tapacaq.