Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb
# 27 dekabr 2021 09:39 (UTC +04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,16% artaraq 1 813,9 ABŞ dollarına bərabər olub.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,56% azalaraq 22,9 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR