Azərbaycan iqtisadiyyatı bu il 2,2% artıb

Azərbaycan iqtisadiyyatı bu il 2,2% artıb
# 19 iyun 2019 12:55 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda 30 608,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ÜDM istehsalının 46%-i sənayenin, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 3,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 14,4%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ni təşkil edib.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM 3 099 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR