Çavuşoğlu: “Heç kim Türkiyəyə ultimatum verə bilməz”

Çavuşoğlu: “Heç kim Türkiyəyə ultimatum verə bilməz”
  • Clock-gray 15:09
  • calendar-gray 13 İyun 2019

''ABŞ-ın Türkiyəyə göndərdiyi məktubun üslubunu qəbul etmirik. Heç kim Türkiyəyə ultimatum verə bilməz”.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib.

O vurğulayıb ki, Türkiyə Rusiyadan “S-400” raket sistemini alıb. 

“Dövlət başçımız bildirdi, “S-400”lər Türkiyəyə gələcək. Türkiyə belə məktublarla qərarlarından vaz keçməz. Qısa müddətdə müdafiə nazirimiz cavab məktubu yolllayacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ tərəfinin göndərdiyi məktubda Rusiyadan “S-400” Zenit raket komleksini alacağı təqdirdə Türkiyənin “F-35” layihəsindən kənarlaşdırılacağı, iqtisadi cəhətdən itkilər verəcəyi vurğulanıb. 
 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date