Gələn ay Yekaterinburqda Azərbaycanın şərab evi açılacaq

Gələn ay Yekaterinburqda Azərbaycanın şərab evi açılacaq
# 19 iyun 2019 12:39 (UTC +04:00)

İyulun əvvəlində Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın şərab evinin açılması gözlənilir. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) rəhbəri Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, şərab evlərinin açılması Sankt-Peterburq və digər böyük şəhərlərdə də planlaşdırılır.

"Qarşıda duran əsas hədəflərimiz ixracın həm həcmini, həm də coğrafiyasını genişləndirməkdir ki, bu istiqamətdə işlər aparılır. Ticarət evlərinin açılması, nümayəndəliklərinin fəaliyyətinin genişləndirilməsi, sərgilərdə vahid ölkə stendi ilə iştirak və digər mexanizmlər imkan yaradır ki, biz qarşımıza qoyulan vəzifələri uğurla icra edək", - deyə Y. Abdullayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR