İranın dövlət sözçüsü: "Yaponiyaya aid iki neft tankerində baş vermiş partlayışdan narahatıq"

İranın dövlət sözçüsü: "Yaponiyaya aid iki neft tankerində baş vermiş partlayışdan narahatıq"
# 13 iyun 2019 14:49 (UTC +04:00)

“Yaponiyaya aid iki neft tankerində baş vermiş partlayışdan narahatıq və bu hadisəyə görə təəssüf edirik”.

APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İranın dövlət sözçüsü Əli Rəbii deyib.

Ə.Rəbii bildirib ki, rəsmi Tehran strateji su yollarında və bölgədə təhlükəsizliyin təmini üçün region ölkələri ilə əməkdaşlıq etməyə hazırdır: “Bütün region ölkələri sabitsizlikdən mənfəət qazanan şəxslərin tələsinə düşməmək üçün ehtiyatlı olmalıdırlar”.

Qeyd edək ki, bu gün səhər Oman dənizində iki neft tankerində yanğın və partlayış baş verib. Yaponiyanın Ticarət Nazirliyi hər iki gəminin Yaponiyaya məxsus yük daşıdıqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR