KOBİA: Azərbaycanda klaster şirkətlərinin formalaşması işləri yekunlaşmaq üzrədir

KOBİA: Azərbaycanda klaster şirkətlərinin formalaşması işləri yekunlaşmaq üzrədir
# 13 iyun 2019 14:20 (UTC +04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən ölkədə klaster şirkətlərinin formalaşması ilə bağlı aparılan işlər yekunlaşmaq üzrədir.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədrinin müavini Mehman Abbas deyib.

Onun sözlərinə görə, qısa müddətdə bu sahəyə dair meyarlar yekunlaşacaq: "Sözügedən klaster şirkətləri elə bir şirkətlər olacaq ki, onlar öz ətrafında müəyyən bir şirkətlər zəncirini yarada bilsin".

M. Abbas həmçinin əlavə edib ki, bu istiqamətdə həm Azərbaycan, həm də Avropa İttifaqı və biznes adamlarının bir araya gəlməsi məqsədəuyğun hesab edilir və Azərbaycan tərəfi bu əməkdaşlığa hər zaman hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR