Qaldırıcı krandan özünü atan Culfa sakini ölüb

Qaldırıcı krandan özünü atan Culfa sakini ölüb
# 13 iyun 2019 15:21 (UTC +04:00)

Qaxda özünü qaldırıcı krandan atan şəxs ölüb.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonu ərazisində keçən hissəsində qeydə alınıb. Tikinti işləri aparılan ərazidə fəhlə işləyən, Culfa rayon sakini Əsədulla Babayev qaldırıcının krandan özünü atıb. Xəstəxanaya yerləşdirilən Ə. Babayev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR