Azərbaycan sərhədçiləri 5.1 km uzunluğunda dövlət bayrağı ilə yürüş ediblər

Azərbaycan sərhədçiləri 5.1 km uzunluğunda dövlət bayrağı ilə yürüş ediblər
# 13 iyun 2019 15:11 (UTC +04:00)

Azərbaycan sərhədçiləri tərəfindən 15 iyun - “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümünü münasibətilə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı bay­raq yürüşü təşkil edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qü­rur mən­bəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayra­ğını irəlidə generallar və zabitlər olmaqla 5000 nəfər­ heyət çiyinləri üzərində daşıyıb.

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri döv­lət bay­rağını başları üzərində ucaldıblar.

Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.

Tədbirdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi, general-pol­kovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü”nün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, 1993-cü ildə xal­qın tə­kidilə haki­miyyətə qayıdışı ilə Ulu Öndər Heydər Əliyevin qısa zaman ərzində ölkədə sabit­liyi bərpa et­məsini, tənəzzülün qarşı­sı­nı alaraq dövlətçili­yi­mizi qoru­ması­nı, müstə­qil­liyi­mizin əbədiliyini və dönməzliyini təmin etməsini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR