SOCAR: Bu il karbamid zavodunda 350 min ton məhsul istehsal ediləcək

SOCAR: Bu il karbamid zavodunda 350 min ton məhsul istehsal ediləcək
# 13 iyun 2019 15:37 (UTC +04:00)

Bu il SOCAR-ın karbamid zavodu 350 min ton məhsul istehsal edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "SOCAR Carbamid" zavodunun rəhbəri Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, istehsal olunan karbamidin təxminən 80%-nin ixrac olunması planlaşdırılır: “İndiyədək zavodda 60 min ton karbamid istehsal olunub”.

İndiyədək zavodda 60 min karbamid istehsal olunub.

X. Cəfərovun sözlərinə görə, 30 min ton artıq tender vasitəsilə satılıb, bunun da 15 min tonunu İsveçrənin "Integral Petroleum" şirkəti alıb, qalan hissəsi isə digər şirkətlər tərəfindən əldə edilib.

Karbamidin ixracı iyun ayının 5-dən başlayıb və indiyədək artıq 15 min ton məhsul gəmilərlə yola salınıb. Hazırda karbamid əsasən Türkiyəyə ixrac edilir.

Buna baxmayaraq, karbamidin 1 000 tonu kisələrə doldurularaq böyük yük maşınlarına yüklənilib, Ukraynaya yola salınıb. Bundan əlavə, X. Cəfərovun sözlərinə görə, 1 200 ton karbamid daxili bazarda satılıb.

Karbamidin satışı ilə SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar idarəsi məşğul olur. Bu ayın sonunda SOCAR 30 min karbamidin satışı üzrə ikinci tenderin elan edilməsi planlaşdırılır.

X. Cəfərovun sözlərinə görə, planlara əsasən, yaxın vaxtlarda məhsulun ixracını böyük TIR avtomobilləri ilə Gürcüstan limanlarına və Türkiyəyə həyata keçirməyə planlaşdırılır. Əlavə olaraq, ilin sonunda karbamidin nəqli dəmir yolu vasitəsilə də həyata keçiriləcək (Baki-Tbilisi-Qars dəmir yolu xətti ilə).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR