9 376 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub

9 376 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub
# 29 dekabr 2020 13:18 (UTC +04:00)

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Bu medala layiq görülən hərbi qulluqçuların 2-si general-leytenant, 3-ü general-mayor, 21-i polkovnikdir.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR