Ağdamda Qarabağdakı tarixi abidələrlə bağlı foto-sərgi açılıb

Ağdamda Qarabağdakı tarixi abidələrlə bağlı foto-sərgi açılıb
# 28 dekabr 2020 11:27 (UTC +04:00)

Ağdamda yerləşən Heydər Əliyev Mərkəzində foto-sərgi açılıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, sərgidə Qarabağdakı tarixi abidələrin fotoları nümayiş olunur.

Respublika Memarlar İttifaqı və Ağdam rayon İcra Hakimiyyətinin birgə layihə çərçivəsində Xocavənd, Xocalı, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Ağdam, Kəlbəcər rayonlarındakı mədəni, dini abidələrin işğaldan əvvəl və sonrakı vəziyyətlərinə dair foto-faktlar təqdim edilir.

Vətən müharibəsi nəticəsində azad edilmiş bu bölgələrdəki abidələrin əksəriyyəti işğal dönəmində dağıdılıb, bəziləri isə erməniləşdirilib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR