Ağdamda ata, üç oğlu və nəvəsi minaya düşüb - YENİLƏNİB-1 - FOTO - VİDEO

Ağdamda ata, üç oğlu və nəvəsi minaya düşüb - YENİLƏNİB-1 - FOTO - VİDEO
  • Clock-gray 19:24
  • calendar-gray 16 Mart 2021

Ağdamda bir ailənin 5 üzvünün minaya düşməsi ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ümumilikdə 6 nəfər minaya düşüb. Minaya düşən şəxslər Hüseynov Akif Muxtar oğlu, onun övladları - Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Akif oğlu və nəvəsi Hüseynov Hüseyn Razi oğlu, onların tanışları, Laçın rayon sakini Abdullayev Bəhruz Nadir oğludur.

Məlumata görə, onlardan biri yüngül xəsarət aldığı üçün ilkin müayinədən sonra evə buraxılıb, ikisi Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Digərlərinin səhhəti barədə hələlik məlumat yoxdur. 

***

18.30

Ağdamda minaya düşən ailə üzvlərinin adları məlum olub.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, onlar rayon sakinləri - Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Akif oğludur.

Hadisə zamanı Akif Hüseynovun nəvəsi Razi Nadir oğlu Hüseynov da onların yanında olub. O, yüngül xəsarət aıb. 

***

saat 18:14

Ağdamda mülki şəxslər minaya düşüb.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Ata üç oğlu ilə birgə minaya düşüb. İlkin məlumata görə, əvvəl onlardan ikisi minaya düşüb. Yaralıları ərazidən çıxarmaq istəyərkən digər iki nəfər də minaya düşüb.

Habil Aslanoğlu

Digər xəbərlər