Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Mərkəzin işi ilə bağlı ruslarla əməkdaşlığımız davam edir”

Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Mərkəzin işi ilə bağlı ruslarla əməkdaşlığımız davam edir”
# 30 noyabr 2020 17:52 (UTC +04:00)

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin işi ilə bağlı ruslarla əməkdaşlığımız planlaşdırılmış qaydada davam edir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılıb.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR