Azərbaycan MN: Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir

Azərbaycan MN: Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir
# 06 noyabr 2020 16:58 (UTC +04:00)

Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yaranıb. Belə ki, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatlar, yanacaq sürtkü materialları çatışmır.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldurmaq imkanına malik deyil.

Bundan əlavə, qeyd olunan hərbi hissələrlə komandanlıq arasında rabitə əlaqəsi kəsilib və bölmələrin idarəolunmasında da problemlər yaranıb.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR