Azərbaycan Ordusunun şəhid olan hərbçisi Saatlıda dəfn edilib - FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Saatlıda dəfn edilib - FOTO
# 16 yanvar 2021 12:56 (UTC +04:00)

Vətən müharibəsində şəhid olan Ələm Hüseynov Saatlıda dəfn edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonu Azadakənd kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov Ələm Sərvər oğlunun nəşi bu gün Saatlı rayonuna aparılıb. Şəhid doğulduğu Azadakənd kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki,Ə.Hüseynov 2020-ci il oktyabrın 30-da Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR