Azərbaycan Ordusunun şəhid olan əsgəri Qusarda dəfn olunub - FOTO

Azərbaycan Ordusunun şəhid olan əsgəri Qusarda dəfn olunub - FOTO
  • Clock-gray 17:57
  • calendar-gray 14 Yanvar 2021

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Afiq Həsənov Qusarda dəfn edilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun müddətdə artıq xidmət edən hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü Həsənov Afiq Namiq oğlunun nəşi Qusar rayonuna aparılıb. Şəhid doğulduğu Böyük Muruq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, A.Həsənov cəbhənin Murov istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.

Şəhid A.Həsənov Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

Vəli Turan

Digər xəbərlər