Azərbaycan Ordusunun şəhid olan əsgəri Xaçmazda dəfn olunub - FOTO

Azərbaycan Ordusunun şəhid olan əsgəri Xaçmazda dəfn olunub - FOTO
# 13 yanvar 2021 15:38 (UTC +04:00)

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri İkram Məmmədov Xaçmazda dəfn edilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlunun nəşi Xaçmaz rayonuna gətirilib. Şəhid doğulduğu Çiləgir kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, İkram Məmmədov ötən ilin iyul ayında hərbi xidmətə yollanıb. O, cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. Şəhid İ.Məmmədov Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR