Azərbaycan hərbçiləri ermənilərə Gülablıdan çıxmağa yardım edib - VİDEO

Azərbaycan hərbçiləri ermənilərə Gülablıdan çıxmağa yardım edib - VİDEO
# 24 noyabr 2020 14:36 (UTC +04:00)

1993-cü il iyulun 23-də Ağdamın işğal olunmasından sonra bu şəhərdə yaşamağa başlayan ermənilər bu il noyabrın 20-dək Abdal Gülablı kəndindən çıxmayıb.

APA xəbər verir ki, noyabrın 20-də kəndə daxil olan Azərbaycan hərbçiləri kəndin boşaldılmadığının şahidi olublar. Bundan sonra ermənilər Azərbaycan Ordusunun əsgərlərinin müşayiəti və yardımı ilə kənddən rahat şəkildə çıxıblar.

Kəndin boşaldılması zamanı çəkilən videolardan görünür ki, Gülablı kəndində məskunlaşmış ermənilər qalan əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət edirlər.

Hərbi qulluqçularımız beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, o cümlədən 1949-cu il Cenevrə konvensiyasının müddəalarına uyğun olaraq azad olunan torpaqlarımızda məskunlaşan ermənilərə yaşayış yerlərindən əşyalarının təxliyəsi və onların təhlükəsizliklərinin təmin edilməsi məqsədilə zəruri humanitar dəstək göstərir.

Buradan Azərbaycan hərbçilərinin yüksək peşəkarlığı, insaniyyəti, humanistliyi, insanpərvərliyi aydın sezilir. Məlum olur ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı pis davranmayıb, əksinə yardım göstərib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR