Azərbaycan ordusunun şəhid olan 2 əsgəri Gəncədə dəfn edilib - FOTO

Azərbaycan ordusunun şəhid olan 2 əsgəri Gəncədə dəfn edilib - FOTO
# 20 yanvar 2021 16:07 (UTC +04:00)

Vətən müharibəsində şəhid olan Kazımov Xuduş Həsən oğlu və Məmmədov İlkin Cəmil oğlu Gəncədə dəfn olunub.

APA-nın yerli bürosunun məlumatına görə, 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun 2 əsgəri - 1988-ci il təvəllüdlü Kazımov Xuduş Həsən oğlu və 1992-ci il təvəllüdlü Məmmədov İlkin Cəmil oğlunun nəşi Gəncə şəhərinə gətrilib.

Hər iki şəhidlə onların yaşadığı evdə vida mərasimi keçrilib.

Daha sonra şəhidlər Gəncədəki Şəhidlər xiyabanına aparılıb. Şəhidlərlə vida mərasimində ailəiləri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Şəhidlər X.Kazımov və İ.Məmmədov Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, X.Kazımov və İ.Məmmədov Vətən müharibəsində itkin düşən 50 hərbçilərdən idi.

Allah rəhmət eləsin!

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR