Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib - VİDEO

Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib - VİDEO
# 18 oktyabr 2020 14:06 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilir.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi video paylaşıb.

Nümayiş olunan videoda Azərbaycan Ordusunun zirehli texnikası və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunur.

Videonun son kadrlarında düşmən səngərlərini tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərinin irəliləməsi aydın görünür.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR