Baş Prokurorluq Ermənistan ordusunun qətlə yetirdiyi mülki insanların rayonlar üzrə statistikasını açıqlayıb

Baş Prokurorluq Ermənistan ordusunun qətlə yetirdiyi mülki insanların rayonlar üzrə statistikasını açıqlayıb
  • Clock-gray 17:34
  • calendar-gray 23 Oktyabr 2020

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olub, 139 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məluamta görə, Goranboy üzrə 7 nəfər həlak olub, 10 nəfər yaralanıb.

27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olub. 

Tərtər üzrə 16 nəfər həlak olub,  50 nəfər yaralanıb. Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir. 

Bərdə üzrə 2 nəfər həlak olub,  12 nəfər yaralanıb. Beyləqan üzrə 2 nəfər həlak olub, 2 nəfər yaralanıb. Ağcabədi üzrə 1 nəfər həlak olub,  19 nəfər yaralanıb.

Füzuli üzrə 3 nəfər həlak olub, 17 nəfər yaralanıb. Ağdam üzrə 7 nəfər həlak olub, 40 nəfər yaralanıb. Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir. 

Mingəçevir üzrə 5 nəfər yaralanıb. Daşkəsən üzrə  1 nəfər yaralanıb. Cəbrayıl üzrə 1 nəfər yaralanıb. Xocalı üzrə 1 nəfər yaralanıb. Qəbələ üzrə 1 nəfər yaralanıb.

Ümumilikdə 27 sentyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində 63 nəfər həlak olub,  298 nəfər yaralanıb.

Səlcuq Elçin

Digər xəbərlər