Diplomatik korpusun nümayəndələri Tərtərdə səfərdədir - YENİLƏNİB

Diplomatik korpusun nümayəndələri Tərtərdə səfərdədir - YENİLƏNİB
# 29 oktyabr 2020 13:40 (UTC +04:00)

Diplomatik korpusun və beynəlxalq medianın nümayəndələri Tərtərdə səfərdədir.

APA-nın xəbərinə görə, erməni terrorundan zərər görmüş ərazilərə baş çəkəcəklər.

***

13.13

Diplomatik korpusun və beynəlxalq medianın nümayəndələri Tərtərə yola düşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.

"İndi diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə birlikdə Tərtərə gedirik. Hərbçilərin verdiyi məlumata görə, erməni tərəfi Tərtərin kənar ərazilərinə hücum edir. Ancaq diplomatik korpus könüllü olaraq Tərtərə, Azərbaycanın Stalinqradına getməyə qərar verdi. Həmrəylik üçün təşəkkür edirik!", - deyə H. Hacıyev qeyd edib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR