Düşmənin atdığı mərmi APA TV-nin operatorunun yaşadığı evin həyətinə düşüb - FOTO

Düşmənin atdığı mərmi APA TV-nin operatorunun yaşadığı evin həyətinə düşüb - FOTO
# 09 noyabr 2020 19:25 (UTC +04:00)

Ermənistan silahlı qüvvələri Ağdamın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan ordusunun ağır artilleriyadan atdığı top mərmisi APA TV-nin operatoru Arzu Quliyevin yaşadığı evin həyətinə düşüb.

Nəticədə yardımçı tikiliyə zərərə dəyib.

A. Quliyev bildirib ki, eyni vaxtda həmkəndlisi Məhəmməd Qasımovun da evinin həyətinə top mərmisi düşüb.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR