Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin bölgələr üzrə statistikası məlum olub

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki şəxslərin bölgələr üzrə statistikası məlum olub
  • Clock-gray 14:27
  • calendar-gray 30 Oktyabr 2020

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki şəxslərin şəhər və rayonlar üzrə statistikası məlum olub.

APA-nın məlumatına görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində Gəncə şəhəri üzrə 26 nəfər həlak olub, 142 nəfər yaralanıb, Goranboy rayonu üzrə 8 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.

Tərtər rayonu üzrə 17 nəfər həlak olub, 56 nəfər yaralanıb.

Bərdə üzrə 27 nəfər həlak olub, 101 nəfər xəsarət alıb, Beyləqan üzrə 2 nəfər ölüb, 5 nəfər yaralanıb, Ağcabədi rayonu üzrə 1 nəfər həlak olub, 17 nəfər xəsarət alıb.

Füzuli üzrə 3 nəfər həlak olub, 17 nəfər yaralanıb, Ağdam üzrə 7 nəfər həlak olub, 44 nəfər xəsarət alıb, Mingəçevir üzrə 3 nəfər, Daşkəsən, Cəbrayıl, Xocalı və Tovuz üzrə isə 1 nəfər xəsarət alaraq yaralanıb.

Ramiz Mikayıloğlu

Digər xəbərlər