Erməni təxribatları nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb - RƏSMİ

Erməni təxribatları nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb - RƏSMİ
  • Clock-gray 11:10
  • calendar-gray 28 Oktyabr 2020

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb.

Bundan başqa, 415  mülki obyekt, 92 hündürmərtəbəli yaşayış binası və 2338 yaşayış evi yarasız hala düşüb.

 

Səlcuq Elçin

Digər xəbərlər