Ermənilər Füzuli və Cəbrayılda daşı daş üstə qoymayıblar - FOTO-REPORTAJ

Ermənilər Füzuli və Cəbrayılda daşı daş üstə qoymayıblar  - FOTO-REPORTAJ
# 07 noyabr 2020 17:33 (UTC +04:00)

Bir qrup jurnalistin Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunan ərazilərinə səfəri təşkil olunub.

APA-nın səfərdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, jurnalistlər Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunan ərazilərində olub, düşmənin xarabalıqlara çevirdiyi kənd və qəsəbələrimizdəki vəziyyətlə yerində tanış olublar.

Cəbrayıl rayonunun bir neçə kəndi və Füzuli şəhərindəki ümumi mənzərə onu deməyə əsas verir ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında daşı daş üstə qoymayıb, evləri, mülki obyektləri viran qoyub, tarixi abidələrimizi, qəbiristanlıqlarımızı dağıdıb, məscidlərimizdə mal-qara saxlayıblar.

APA Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilən ərazilərin fotolarını təqdim edir.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR