Ermənilərin Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi təxribatlarla bağlı 51 cinayət işi başlanıb

Ermənilərin Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi təxribatlarla bağlı 51 cinayət işi başlanıb
# 06 noyabr 2020 15:32 (UTC +04:00)

Ermənistan silahlı birləşmələrinin yaşayış məntəqələrimizi atəşə tutması, dinc mülki əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, eləcə də digər cinayətlərlə əlaqədar 51 cinayət işi başlanıb.

APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında qeyd olunub.

Bildirilib ki, ermənilərin beynəlxalq hüquqla qəbul edilmiş normaları kobudcasına pozaraq münaqişə zonasından kənarda yerləşən yaşayış məntəqələrimizi atəşə tutması, dinc mülki əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, eləcə də digər cinayətlərlə əlaqədar başlanmış 51 cinayət işi üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün mümkün olan zəruri tədbirlərin görülməsinin, aidiyyəti qurumlarla birlikdə bütün hüquqi mexanizmlərdən istifadə edilməklə beynəlxalq təşkilatlara müraciətlər olunmasının vacibliyi qeyd edilib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR