Ermənistan ordusu tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb

Ermənistan ordusu tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb
# 31 oktyabr 2020 16:48 (UTC +04:00)

Sentyabrın 27-dən bu gün saat 13:00-a qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 91 nəfər dinc sakin həlak olub, 404 dinc sakin yaralanıb.

Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 2 465, yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı 97 və yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 455-dir.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR