Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində 163 yaşayış evinə, 36 mülki obyektə ziyan dəyib

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində 163 yaşayış evinə, 36 mülki obyektə ziyan dəyib
# 01 oktyabr 2020 10:19 (UTC +04:00)

Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 163 yaşayış evinə, həmçinin, 36 mülki obyektə külli miqdarda ziyan vurulub, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR