Ermənistana məxsus daha 3 PUA məhv edilib

Ermənistana məxsus daha 3 PUA məhv edilib
# 21 oktyabr 2020 16:22 (UTC +04:00)

Oktyabrın 21-i saat 12:55-dən 13:30-dək Ermənistan silahlı qüvvələrinə məxsus daha 3 taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, PUA-dan 2-si cəbhənin Füzuli istiqamətində, 1 isə Tərtər istiqamətində vurulub.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR